Ronaldinyo üçüncü, Arda beşinci pillədə!
18.02.2010 - 00:00
Ronaldinyo üçüncü, Arda beşinci pillədə!
“Qalatasaray”ın gənc kapitanı Arda Turan milli çempionatda etdiyi məhsuldar ötürmələrin sayına görə Avropada 5-ci yerdə qərarlaşıb. Bu mövsüm Superliqada 19 oyunda meydana çıxan 23 yaşlı futbolçu 11 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Apasport.az saytının xəbərinə görə, bu göstəriciyə əsasən, “Anderlext”in mərakeşli yarımmüdafiəçisi Mbark Bussufa liderdir. 25 yaşlı futbolçu 21 oyunda 14 məhsuldar ötürmə edib. Onun ən yaxın izləyicisi isə bir başqa türk - “Verder”in sol cinah yarımmüdafiəçisi Mesut Özildir.

Avropanın ən çox məhsuldar ötürmə verən futbolçuları
1. Mbark Bussufa (Anderlext) 21 matç 14 ötürmə
2. Mesut Özil (Verder) 19 12
3. Ronaldinyo (Milan) 20 12
4. Luis Suarez (Ayaks) 23 12
5. Arda Turan (Qalatasaray) 19 11