UEFA prezidenti: Messi ulduzların ulduzudur
18.02.2010 - 00:04
UEFA prezidenti: Messi ulduzların ulduzudur
UEFA prezidenti Mişel Platini müasir futbolun ən yaxşılarının adlarını açıqlayıb. “Barselona”nın rəsmi saytına müsahibə verən fransız mütəxəssis Kataloniya klubunun gənc vunderkindi Lionel Messi haqqında tərifləri yağdırıb: “Messi ulduzların ulduzudur. Ötən ilin dekabr ayında FİFA-nın dünyanın ən yaxşı oyunçusu mükafatını təqdimetmə mərasimində digər futbolçuları görəndə hamısının yaxşı oyunçu olduğunu başa düşdüm. Amma Messi onların hamısından yaxşıdır. Ondan sonra Kriştianu Ronaldo, Kaka və digərləri gəlir”.