Mahir Şükürov ermənilərlə görüşə buraxılmadı
18.02.2010 - 09:41
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin Türkiyədəki üçüncü təlim-məşq toplanışında ilk rəqibi Ermənistan “Banants”ı olub.
Məhsuldar keçən yoxlama görüşü heç-heçə başa çatıb - 2:2. Ancaq “Anji”nin baş məşqçisi Omari Tetradze ermənilərlə matçda 28 yaşlı həmvətənimizi meydana buraxmayıb.
Rusiya Premyer Liqasının oyunlarına hazırlaşan Şükürovun komandası növbəti yoxlama görüşünü fevralın 20-də Ukraynanın “Krivbass” klubuna qarşı keçirəcək.

0
0