Daniel Axtyamov Qazaxıstan klubunda rüsvay oldu
18.02.2010 - 10:27
Qazaxıstanın “İrtış” klubunun baş məşqçisi Talqat Baysufinov Azərbaycan milli komandasının hücumçusu Daniel Axtyamovun məsələsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Superliqada çıxış edən “İrtış”a baxışa gələn 25 yaşlı milliləşən futbolçumuz Türkiyədə təlim-məşq toplanışında olub, yoxlama oyununda qol vurub.
Ön xətlə bağlı problemləri olan Pavlodar təmsilçisinin çalışdırıcısı hazırlıq prosesində Axtyamovla yanaşı, “Vasko de Qama”da oynayan braziliyalı Rikardo Souzanı da sınaqdan keçirib. Daha sonra yekun qərara gələn Baysufinov Danieli növbəti hazırlıq prosesinə çağırmağa lüzum görmür: “Hər iki futbolçu bizimlə birgə toplanış keçdi. Braziliyalı növbəti hazırlıq prosesimizə gələcək. Daha bir hücumçunu da nəzərdən keçirəcəyik”.
Qazax çalışdırıcı rus dilli hücumçu axtardıqlarını gizlətməyib ki, bu mənada Axtyamov onlara yararlı ola bilərdi. Hər halda, futbolçu milliyətcə rusdur. Ancaq Daniel Baysufinov üçün elə yararsız futbolçudur ki, o, Rikardoya dil öyrətməyi ondan üstün tutur: “Biz rus dilli hücumçu axtarırıq. Bunu da iş prosesində dil probleminin yaranmaması ilə bağlı edirik. Əgər bu alınmasa, braziliyalıya rus, yaxud qazax, yəni ona daha rahat olan dili öyrədəcəyik”.

0
0