Mübariz Mənsimovun işçisi üçün yeni vəzifə
18.02.2010 - 10:51
Mübariz Mənsimovun işçisi üçün yeni vəzifə
Türkiyənin “Beşiktaş” klubunda struktur dəyişiklikləri baş verib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin İdarə Heyətinin növbəti yığıncağında yeni vəzifə bölgüsü gerçəkləşib.

Dəyişikliklər “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdan da yan ötməyib. Belə ki, “Palmali”nin əməkdaşı və “Beşiktaş”dakı nümayəndəsi Ələddin Aykaç sponsor məsələləri üzrə vitse-prezident vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra o, Futbol Komitəsinin üzvü olacaq. Bu komitə İstanbul təmsilçisinin transferlərinə cavabdehlik daşıdığından, Aykaç “futbolçu bazarı”nda daha çox söz sahibi olacaq.