“Qalatasaray”dan rekord!
19.02.2010 - 11:07
İstanbulun “Qalatasaray” klubunda rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu il martın 27-də keçiriləcək prezident seçkilərinə rekord sayda üzv qatılacaq. Belə ki, səsvermədə iştirak etmək niyyətində olan klubun 7542 üzvü artıq qeydiyyatdan keçib. “Cim Bom”un prezidenti postuna iki namizəd var. Bunlar hazırkı prezident Adnan Polat və onun adaşı Adnan Öztürkdür.
Qeyd edək ki, 2008-ci martın 22-də baş tutmuş prezident seçkilərinə 2724 üzv qatılmışdı və 2437 səs etibarlı sayılıb. Həmin seçkidə 2026 səs toplamış Adnan Polat yeganə rəqibi Nazım Durakı (229 səs) üstələyib. İki il öncə səsvermədə zəif nəticənin qeydə alınması prezident kürsüsü uğrunda rəqabətin aşağı olması ilə əlaqələndirilir.

0
0