Yığmamız nə hayda, Billi Stark nə hayda?
19.02.2010 - 11:15
21 yaşadək futbolçulardan ibarət Şotlandiya milli komandasının baş məşqçisi Billi Stark Azərbaycan yığması ilə oyun ərəfəsində təlaş keçirir. Apasport.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssisi 9 ildir qələbə qazanmayan milli komandamız yox, başqa amillər qorxuya salıb. Stark Falkirk şəhərində baş tutacaq görüşün martın 2-nə təyin olunmasını mənfi hal sayır.
“Ən önəmlisi odur ki, hazırlığa çox az vaxtımız olacaq. Adətən daha uzun müddət bir arada olurduq. Çünki əksər hallarda görüşlərimiz şənbə günü keçirilirdi. Belə olan halda ölkə çempionatının həftəsonu keçirilən turundan sonra təxminən 1 həftə hazırlıq keçirdik. İndi isə bazar günü bir araya gəlib çərşənbə axşamı oyuna çıxacağıq. Bu səbəbdən klublarında daim heyətə düşən hazırlığı qaydasında olan futbolçuları heyətə cəlb etmişəm. Şənbə günü turun oyununa çıxanlar üçün də xeyli çətin olacaq” - deyə Billi vurğulayıb.
Qeyd edək ki, Unibank Premyer Liqasından fərqli, Starkın yetirmələrinin çıxış etdiyi Şotlandiya və İngiltərə çempionatlarında yığmaların oyunları ilə əlaqədar fasilə nəzərdə tutulmayıb. Britaniya klubları fevralın 26-28-də keçirilən növbəti turun oyunlarını keçirdikdən sonra futbolçuları Starkın sərəncamına göndərəcək.

0
0