İlk finiş xətti: sonuncu xoşbəxt kim olacaq?
19.02.2010 - 11:46
Həftəsonu Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ötən il avqustun 14-də startı verilən XVIII milli çempionatımız ilk mərhələsini başa vurur. Son tur “altılığ”a axırıncı vəsiqənin sahibinin kim olacağı baxımından daha çox maraq doğurur.
6-cı xoşbəxt vəsiqə ya “Qəbələ”, ya da “Simurq”a qismət olacaq ki, buna ən çox şanslı birincilərdir. Hər halda, Ramiz Məmmədovun çalışdırdığı komandaya istəyinə çatmaq üçün autsayder “Standard”la ev oyununda heç-heçə də kifayətdir. Bu zaman “Simurq”un səfərdə “Turan” üzərində qazandığı qələbə nəticə verməyəcək. Çünki bu komandaların xalları bərabər olarsa, reqlamentə görə şəxsi oyunlar əsas götürülür. İlk dövrədə evdə “Simurq”u 2:1 hesabı ilə yenən “Qəbələ” səfərdə heç-heçə edib – 1:1.
Göründüyü kimi, qəbələlilər rəqibindən 4 xal alıb və indi bunun faydasını görə bilərlər. İndi “Simurq”un taleyi “Standard”ın əlindədir. Yəni zaqatalalılar “Turan”ı səfərdə məğlub edib, Sumqayıt klubunun Qəbələdə qələbəsinə ümid etməlidir.
Turun mərkəzi oyunu “Şəfa” stadionunda baş tutacaq. “İnter”lə “Neftçi” artıq “altlığ”a vəsiqə qazansa da, “qızıl xallar” oyunun əhəmiyyətini artırır. “Bankirlər”in bu baxımdan 14, flaqmanın 11 xalı var. Meydan sahiblərinin həmşəhərlilərinə ilk dövrədə uduzduğunu nəzərə alsaq, mütləq qalib gəlməlidir. Bu zaman “İnter” həm ilk mərhələni, həm də “qızıl xallar” uğrunda mübarizəni vahid lider kimi başa vuracaq. “İnter” heç-heçə edərsə, bu zaman “qızıl xallar”da “Qarabağ” və “Xəzər-Lənkəran”la eyni göstəriciyə malik olacaq.
Qeyd edək ki, final mərhələsinin startı martın 12-də veriləcək.
20 fevral
14:00. “Olimpik-Şüvəlan” - “Qarabağ”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1
14:15. “Bakı” – “Muğan”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0
21 fevral
14:00. “Xəzər-Lənkəran” – “Karvan”
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 2:0
14:00. “Qəbələ” – “Standard”
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
İlk dövrədəki oyun – 2:1
14:00. “Turan” – “Simurq”
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:2
14:00. “İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 1:2
Bombardir: Adrian Neaqa ("Neftçi") - 9.

| komandalar | O | Q | H | M | T | X |
1 | "İnter" | 21 | 14 | 4 | 3 | 35-18 | 46 |
2 | "Qarabağ" | 21 | 11 | 8 | 2 | 20-11 | 41 |
3 | "Xəzər-Lənkəran" | 21 | 11 | 8 | 2 | 26-11 | 41 |
4 | "Bakı" | 21 | 10 | 6 | 5 | 22-17 | 36 |
5 | "Neftçi" | 21 | 9 | 8 | 4 | 20-13 | 35 |
6 | "Qəbələ" | 21 | 9 | 6 | 6 | 22-20 | 33 |
7 | "Simurq" | 21 | 8 | 7 | 6 | 24-20 | 31 |
8 | "Olimpik-Şüvəlan" | 21 | 6 | 6 | 9 | 19-22 | 24 |
9 | "Turan" | 21 | 4 | 5 | 12 | 22-30 | 17 |
10 | "Muğan" | 21 | 3 | 6 | 12 | 12-27 | 15 |
11 | "Standard" | 21 | 2 | 5 | 14 | 15-32 | 11 |
12 | “Karvan” | 21 | 2 | 5 | 14 | 17-33 | 11 |
Bombardir: Adrian Neaqa ("Neftçi") - 9.
0
0