Statistika deyir ki...
19.02.2010 - 12:19
Zaqatalanın “Simurq” klubunun Unibank Premyer Liqasının carı mövsümündə ilk “altılığ”a düşməsi müşkül məsələdir. Apasport.az saytının hesablamalarına görə, Roman Pokoranın çalışdırdığı komanda buna nail olmaq üçün Sumqayıt “Standard”ından asılıdır. Sonuncular isə səfərdə qələbə üzünə həsrət qalıblar.
Premyer Liqanın təsnifat mərhələsinin axırıncı turunda “Qəbələ”nin qonağı olacaq “Standard” “Simurq”un “altılığ”a yolunu açmaq üçün yalnız qələbə qazanmalıdır. Bundan başqa, Zaqatala təmsilçisinin Tovuzda yerli “Turan”ı yenməsi də vacib şərtdir.
Statistika son vəsiqənin məhz “Qəbələ”yə nəsib olacağını deməyə əsas verir. Hər halda, ilk “altılığ”a vəsiqə üçün 1 xala ehtiyacı olan Ramiz Məmmədovun yetirmələri evdə yaxşı oynayırlar. Bu il öz meydanında uduzmayan “Qəbələ” sonuncu məğlubiyyətini ötən il dekabrın 24-də “İnter”dən alıb - 0:1. Komanda evdə topladığı xallara görə (20 xal) 3-cü yerdə gedir. “Simurq”u sevindirmək üçün qələbə qazanmalı olan “Standard” cari mövsümdə rəqib meydanında qalib gələ bilməyib və səfərdə cəmi 4 xal yığıb. “Bankirlər” axırıncı dəfə 2008/2009 mövsümündə, ötən il mayın 11-də Salyanda “Muğan” üzərində qazanıb (3:1).
Əslində, “Simurq” da xeyli vaxtdır rəqib meydanında qələbəyə sevinə bilmir. Zaqatala klubu ilk dövrənin sonunda, 2009-cu il noyabrın 11-də Bakıda “Olimpik-Şüvəlan”ı böyük hesabla yendikdən (3:0) sonra “uğursuz zolağ”a düşüb. “Turan” isə cari mövsümdə evdə keçirdiyi 10 oyunun 6-da məğlub olub.

0
0