Unibank Premyer Liqası və dirsəkatdı oyunu
19.02.2010 - 13:08
Bu gün AFFA İntizam Komitəsinin Premyer Liqanın XXI turunda qeydə alınan neqativ hallarla bağlı növbəti iclası keçirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yığıncaqda 8 klub və 5 futbolçu cəzaya məruz qalıb.
Belə ki, “Standard” - “Turan” matçının 89-cu dəqiqəsində qonaqların üzvü Yevgeni Sayko rəqibinə ayaqla zərbə endirdiyindən, birbaşa qırmızı vərəqə alıb və meydandan qovulub. Komitə ukraynalı yarımmüdafiəçini iki oyunluq məcburi istirahətə yollayıb, onun klubu isə 2000 manat cərimələnib.
“Muğan” - “Qəbələ” görüşünün 45+1-ci dəqiqəsində isə meydan sahiblərindən Taqim Novruzov diqqət mərkəzinə düşüb. O, əllə oyuna görə ikinci dəfə önündə sarı vərəqə görüb və matçı yarımçıq dayandırıb. Novruzov növbəti qarşılaşmanı buraxmalı, “Muğan” isə 200 manat cərimə ödəməlidir.
AFFA-nın büdcəsinə “Simurq” və “Olimpik-Şüvəlan” klubları da pul köçürəcək. Çünki zaqatalalılarla matçda “Olimpik-Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə aldığından, 1000 manat cərimələnib. Üstəlik, 52-ci dəqiqədə qonaqların braziliyalı hücumçusu İsmael Fransisko rəqibinə dirsəklə zərbə endirdiyinə görə, birbaşa qırmızı vərəqə alıb. O, 2 oyunluq diskvalifikasiya edilib, klubu isə 2000 manat olunub. Eyni hərəkəti “Simurq”dan Tural Cəlilov 85-ci dəqiqədə təkrarlayıb. Onun haqqında da analoji qərar çıxarılıb.
“Qarabağ” - “İnter” oyununda isə birincilərin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün Ağdam təmsilçisi 1000 manat xərcə düşəcək. “Karvan”la qarşılaşmada “Bakı” da sarı vərəqə limitini keçib. Paytaxtın eyniadlı komandasından 5 futbolçu sarı vərəqə alıb. Deməli, “Bakı” 1000 manat cərimə ödəməlidir.
Əsas komandalarla yanaşı, Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri də cəzalandırılıb. “Xəzər-Lənkəran” və “Karvan” 500 manat cərimələnib. “Bakı”nın futbolçusu Fariz Məmmədov isə rəqibini vurduğundan, birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. O, 2 oyunluq diskvaifikasiya edilib, klubunu isə 1000 manat xərcə salıb.

0
0