“Neftçi”də yeni problem
19.02.2010 - 13:14
“Neftçi” Unibank Premyer Liqasının növbəti turunda “İnter”lə səfər oyununa itkilərlə çıxacaq. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmalarda da çıxış edən iki müdafiəçi – Tural Nərimanovla eston Taavi Rahn fevralın 21-də “Şəfa” stadionunda keçiriləcək görüşdə iştirak etməyəcək.
Buna səbəb Turalın zədə, Taavinin isə ötən tur “Xəzər-Lənkəran”la görüşdə 4-cü sarı vərəqəni alıb, cəzalı duruma düşməsidir. Rahnın “Neftçi”dəki həmyerliləri Dmitri Kruqlov və Vladimir Voskoboynikovla birgə martın 3-də Gürcüstan yığması ilə yoldaşlıq görüşünə çağırıldığını nəzərə alsaq, o, həmin oyundan sonra “Neftçi”də çıxış edə biləcək. Çünki axırıncı turdan sonra yığmanın oyunları ilə əlaqədar çempionatımızda bir müddətlik fasilə yaranacaq.
Qeyd edək ki, “Neftçi” “İnter”lə oyunu hazırlığı bazasındakı meydançada davam etdirir.

0
0