“Xəzər-Lənkəran”dan qovulan futbolçular Lənkəranda!
19.02.2010 - 13:42
Unibank Premyer Liqasının XXII turunda “Xəzər-Lənkəran”la səfər oyunu “Karvan”ın bəzi futbolçuları üçün prinsipial əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, müdafiəçilər Emin Quliyevlə Füzuli Məmmədov, hücumçular Zaur Ramazanovla Xaqani Məmmədov uzun illər Lənkəran təmsilçində forma geyiniblər. Qış fasiləsində “Karvan”a keçdikdən sonra yenidən bombardirlik keyfiyyətlərini nümayiş etdirən Xaqani istisna olmaqla, qalan “üçlük” “Xəzər-Lənkəran”ın bütün titullarını qazandığı - bir çempionluq, bir “Birlik kuboku” və iki ölkə kuboku - heyətində olub.
Xaqani kiçik qardaşı Füzuli ilə birgə “Xəzər-Lənkəran”a yarandığı vaxtda – 2004-cü ilin yayında keçib. Quliyev 2005-ci ildə “Neftçi”dən, Ramazanov “Karvan”dan Lənkərana həmin vaxt baş məşqçi olan Rasim Karanın dəvəti ilə keçib. Emin (98 oyun, 12 qol, 39 sarı, 3 qırmızı vərəqə), Füzuli (98 oyun, 1 qol, 33 sarı, 3 qırmızı vərəqə), Zaur (97 oyun, 44 qol, 25 sarı, 1 qırmızı vərəqə) oyun sayına görə “Xəzər-Lənkəran”ın tarixində müvafiq olaraq 3, 4 və 5-ci yerləri tutur. Bu siyahıda 21-ci olan 34 yaşlı Xaqani 51 oyunda qol vurub, 4 sarı vərəqə alıb, 2004/05 mövsümündə gümüş medal qazanıb.
Ağasəlim Mircavadov 2006-cı ilin yayında “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunandan sonra Xaqanini komandada saxlamır. Digər “üçlük” isə Mircavadovun gedişindən sonra Lənkərandan uzaqlaşdırılır. Məmmədov qardaşları futbolçu səviyyələrinə görə belə aqibətlə üzləşibsə, Quliyevlə Ramazanovun dəfələrlə nizam-intizamla bağlı problem olub. Bu, elə Mircavadovun vaxtında da baş verib və Eminlə Zaur cəzalanaraq, hətta kapitanlıq əllərindən alınıb, futbolçular sarğıları bir-birlərinə təhvil verməli olublar. Bir neçə dəfə cəzalanan, böyük məbləğdə cərimələnən cütlüyün bağışlandığı hallar da olub. Hətta Ramazanov 2008-ci ilin qışında “Birlik kuboku”nu qazanandan sonra intizamsızlığa görə qovulmuş, sonradan geri qaytarılmışdı.
Mircavadov həmin ilin yayında istefa verəndən sonra Zaur Karanın “Xəzər-Lənkəran”ın sükanı arxasına qayıdışını qəbul etmədi. Nəticədə lənkəranlılar daha əyalətdə oynamaq istəməyən 34 yaşlı hücumçu ilə yollarını ayırdı. Eminlə Füzuli Kara ilə işləsələr də, qış fasiləsində türkiyəlini əvəzləyən İqor Ponomaryovla yola getmədi. “Xəzər-Lənkəran”ı çalışdıran olimpiya çempionu ötən ilin əvvəlində Məmmədovu zəif olduğuna, Quliyevi isə nizam-intizama görə qovdu. Emin həmin vaxtdan bu yana “Xəzər-Lənkəran”la müqaviləsi olduğu üçün başqa kluba, konkret “Standard”a keçə bilmədi və yalnız qış fasiləsində problemi həll olunaraq “Karvan”la müqavilə bağladı.
Qeyd edək ki, “Karvan”ın heyətində Mircavadova yaxşı tanış olan digər futbolçular da var. Qapıçı Rauf Mehdiyev, yarımmüdafiəçi, eyni zamanda kapitan İsmayıl Məmmədov, digər orta sahə oyunçusu Rövşən Əmiraslanov “Şəmkir”də onun rəhbərliyi altında oynayıb, ölkə çempionluğunu qazanıb. Həmin komandada Mircavadovun köməkçisi olan Zair Mahmudov uzun illərdir “Karvan”da baş məşqçi Yunis Hüseynova yardım edir.
Hüseynov isə “Neftçi”də və milli komandamızda Mircavadovun rəhbərliyi altında oynayıb. Müəllimlə tələbənin elə “Karvan” yarananın vaxtda yolları kəsişib. Məsələ ondadır ki, Mircavadov 2004-cü ildə “Neftçi”yə qayıdana kimi “Karvan”ın ilk baş məşqçisi olan Hüseynovun dəvəti ilə klubda məsləhətçi kimi çalışırdı.

0
0