Məşhur məşqçi Lui van Qal Azərbaycana gəlmək istəyir
20.02.2010 - 13:00
Məşhur məşqçi Lui van Qal Azərbaycana gəlmək istəyir
Tanınmış holland mütəxəssis Luis van Qal Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsindəki Almaniya yığmasının baş məşqçisi postuna göz dikib. Apasport.az saytının məlumatına görə, ötən yaydan “Bavariya” klubuna rəhbərlik edən təcrübəli çalışdırıcının bundestimin yeni baş məşqçisi olacağı haqda Almaniyada daha çox danışılır. Van Qal yerli telekanala verdiyi müsahibədə isə “odun üstünə yağ töküb”.

“Mənim arzum dünya çempionu olmaqdır. Bu titulu qazana bilməyin mümkün olan yığmalar sırasına Almaniya da daxildir” - deyə holland mütəxəssis vurğulayıb.

Qeyd edək ki, DÇ-2010 və AÇ-2012-nin seçmə mərhələsində milli komandamızla eyni qrupa düşən Almaniya yığmasında baş məşqçi məsələsi bu ilin yayında keçiriləcək dünya çempionatının final mərhələsindən sonra müzakirəyə çıxarılacaq. Hazırkı baş məşqçi Yoahim Lövün Almaniya Futbol İttifaqı ilə bağladığı müqavilənin müddəti məhz həmin vaxt başa çatacaq.