Blatter də hakimlərin səhvindən bezib...
20.02.2010 - 13:55
Blatter də hakimlərin səhvindən bezib...
Norveçli hakim Tom Henninq Evrebenin Çempionlar Liqasında (ÇL) növbəti kobud səhvi FİFA prezidenti Yozef Blatteri də məsələyə qarışmağa məcbur edib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumunun rəhbəri ədalət təmsilçilərini mübahisəli vəziyyətləri düzgün qiymətləndirməyə kömək edən yeni variantları baxmağa söz verib. Bu məqsədlə martın 6-da FİFA-da görüş olacaq və orada müxtəlif texniki vasitələrin tətbiqinin mümkünlüyü nəzərdən keçiriləcək.

Qeyd edək ki, Evrebe ÇL-də “Bavariya” - “Fiorentina” oyununun (2:1) sonunda Miroslav Klozenin ofsayddan vurduğu qələbə topunu hesaba alıb. O, kobud səhvə yol verdiyini sonradan etiraf edib. Ötən mövsüm ÇL-in yarımfinalında “Çelsi” - “Barselona” oyununda da nəticəyə təsir edən xətalara yol verən Evrebeni hakimlikdən kənarlaşdırılma təhlükəsi gözləyir.