Qurban Qurbanov: Belə əhəmiyyətsiz oyunlara futbolçuları kökləmək çətindir
20.02.2010 - 17:04
Qurban Qurbanov: Belə əhəmiyyətsiz oyunlara futbolçuları kökləmək çətindir
“Bugünkü oyun hər iki komanda üçün də əhəmiyyətli deyildi”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Unibank Premyer Liqasının XXII turunda "Olimpik-Şüvəlan"la heç-heçə (1:1) edən "Qarabağ"ın çalışdırıcısı bildirib ki, futbolçuları əhəmiyyətsiz oyunlara kökləmək çətindir: “Əsas məqsədimiz "ilk altılıq"dakı oyunlara çox ciddi hazırlaşmaqdır. "Olimpik-Şüvəlan"a və öz komandama qarşıdakı oyunlarda uğurlar arzu edirəm".