Nazim Süleymanov nəticədən razı qaldı
20.02.2010 - 17:09
Nazim Süleymanov nəticədən razı qaldı
“Nəticə məni qane etdi”. Apasport.az saytının xəbərinə görə, bunu Unibank Premyer Liqasının XXII turunda “Qarabağ”la oyundan sonra “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov deyib.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında Süleymanov “Qarabağ”ı ölkəmizin ən güclü komandalarından biri adlandırıb: “Rəqib bu gün çox baxımlı, maraqlı oyun göstərdi. Bu qarşılaşma formal xarakter daşısa da, biz öz oyunumuzu oynamalıyıq”.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” – “Qarabağ” görüşündə qalib müəyyənləşməyib – 1:1.