Bülənt Korkmaz: Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi
20.02.2010 - 17:24
“Muğan”ı təbrik edirəm. Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Ölkə çempionatının XXII turunda “Muğan”la oyunda qələbə qazana bilməyən türk çalışdırıcı bildirib ki, həm futbolçuları bu cür oyuna kökləmək çətindir, həm də az öncə klubun həkimi Murad Mərdanlının vəfatı komandaya çox pis təsir edib: “Artıq bundan sonrakı oyunlarımızı düşünürük”.
"Muğan"ın baş məşqçisi Almir Hurtiç isə bildirib ki, oyun baxımlı alınıb: “Bakı" çox yaxşı komandadır. Bir neçə qol imkanları oldu. İlk hissədə pis oynadıq. Lakin ikinci hissədə göstərilən oyun məni qane etdi. Oyunun sonlarına yaxın rəqibi əks hücumda yaxalayıb qol vurmaq istəyirdik. "Bakı" kimi güclü komanda ilə bu cür oynadıqları üçün futbolçularımdan razı qaldım".

0
0