Mahir Şükürov darmadağın gördü
21.02.2010 - 12:32
Mahir Şükürov darmadağın gördü
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Mahaçqala təmsilçisi “Krivbass”la (Ukrayna) görüşdə darmadağın olub. Müdafiəçimizin 90 dəqiqə meydanda olduğu qarşılaşmada ukraynalılar 3:0 hesablı qələbə qazanıblar.

Şükürovun komandası sabah "Krılya Sovetov"la üz-üzə gələcək.