“Qarabağ” və “Xəzər-Lənkəran” sona kimi mübarizə aparacaq” - MÜSAHİBƏ
21.02.2010 - 13:03
“Bakı” klubunun türkiyəli legioneri Kürşad Duymuşun müsahibəsi
- Kürşad, etiraf edək ki, özün haqqında məlumat verməyinə ehtiyac var.
- 1979-cu ildə Türkiyənin şərqi Anadolu vilayətində yerləşən Muş şəhərində doğulmuşam. 9 yaşım olanda valideynlərim Ankaraya köçüb. Futbola 12 yaşımda “Şəkərspor” klubunda başlamışam. Düz 7 il həmin komandada oynadım. 19 yaşımdan sonra isə bir dönəm “Trabzonspor”, “Beşiktaş”, “Ankaraspor” və yarım il “Kayseri Ərciyəsspor”da çıxış etmişəm. Türkiyədə oynadığım son klub Bank Asiya Liqasında mübarizə aparan “Kartalspor” olub. “Bakı”ya da həmin klubdan transfer olunmuşam.
- “Bakı”dan təklif alandan sonra Azərbaycan futbolu haqda məlumat toplamağa başladın, yoxsa əvvəldən də maraqlanırdın?
- Əlbəttə, əvvəldən maraqlanırdım. Siz bizə qonşu ölkəsiz. Azərbaycanda baş verən proseslərdən türklərin məlumatı var. Hətta komandalarınızdan “Neftçi”ylə “Xəzər Lənkəran”ı da tanıyırdım. Bir çox klublarınızın qışda Antalyada təlim-məşq toplanışı keçirdiyini də bilirdim. Türkiyə yığmasıyla sizin millinin keçirdiyi oyunlara da baxmışam. Bilirdim ki, futbolunuz son vaxtlar inkişaf mərhələsinə qədəm qoyub. Klublar futbola böyük pullar yatırdır. Bunların hamısından xəbərim vardı.
- Bəs “Bakı”nı seçməyinə hansı amil təsir etdi?
- Bura gəlməyimin ən əsas səbəbkarı Bülənt hocadı («Bakı»nın baş məşqçisi Bülənt Qorxmazı nəzərdə tutur). O xahiş etdi, mən də gəldim. Üstəlik, “Neftçi”də oynayan Suat Usta, “Xəzər Lənkəran”da oynayan Devrandan müəyyən məlumatlar aldım. Onlar da bura gəlməyimi məsləhət gördülər. Nəticədə “Bakı”da oynamağa qərar verdim. Buna görə də çox xoşbəxtəm. Sağ olsun, rəhbərlik mənimlə yaxından maraqlanır, bütün problemlərimi həll edir.
- “Birlik Kuboku”nda sərgilədiyin zəif oyundan sonra mətbuat sənin yüksək səviyyəli futbolçu olmadığını vurğulayırdı. Hətta “Bakı”nın yanlış transfer etdiyi də deyilirdi.
- Mətbuatla çox maraqlanmadığım üçün bu cür xəbərləri eşitməmişəm. “Birlik Kuboku”ndakı çıxışımız sadəcə, bir uğursuzluq idi. O turnirdə tək mən yox, bir çox futbolçular zəif oynadı. Ancaq çempionat oyunlarında qazandığımız qələbələrlə həmin uğursuzluğu unutdurduq. Əminəm ki, son oyunlardan sonra jurnalistlər haqqımda tam başqa fikirdədilər.
- Artıq çempionatımızla az-çox tanışsan. “Bakı”nın çempionluq şansını necə qiymətləndirirsən?
- Qarşımızda duran əsas vəzifə «ilk altılıq»da yerimizi təmin etmək idi. Bu işin öhdəsindən gəldik. İndi isə çempion olmaq istəyirik. Bunun üçün də hər şeyimizi ortaya qoyacağıq ki, sonda birinci pillədə olaq. İndiki kimi sabit oyunumuzu davam etdirsək, əminəm ki, sonda çempion ola bilərik.
- Çempionluq yarışında hansı rəqibləri daha təhlükəli sayırsan?
- Məncə, “Qarabağ” və “Xəzər Lənkəran” sona kimi mübarizə aparacaq. Onların komplektləşmiş güclü heyətləri var. “Neftçi” də bizə başağrı ola bilər. Düşünürəm ki, çempionluq uğrunda əsas mübarizəmiz bu rəqiblərlə olacaq.
- Deyəsən, «İnter»i unutdun…
- Sözün düzü, «İnter»i o qədər də güclü rəqib saymıram. Onun üçün adını çəkmədim. Zənnimcə, onlar çempionluq uğrunda sona qədər mübarizə apara bilməyəcəklər.
- Türkiyədə Super Liqada və Bank Asiya Liqasında oynamısan. Hazırda isə Azərbaycan Premyer Liqasında top qovursan. Səncə, çempionatımızın səviyyəsi hansına daha çox uyğun gəlir?
- Türkiyə Superliqasının səviyyəsi çox yüksəkdi. Orda mübarizə aparan klublar tam peşəkarlaşmış komandalardı. Sizin çempionatın səviyyəsinin Superliqa səviyyəsinə çatmağına hələ bir neçə il var. Ancaq Bank Asiya Liqasıyla Premyer-Liqanın səviyyəsi demək olar, eynidi. Bilirsiz, Azərbaycan futbolunda canlanma son illər başlayıb. Futbolun inkişafı uşaq futbolundan başlayır. Artıq ölkənizdə də bu işi həyata keçirirlər. Bir neçə ildən sonra bunun bəhrəsini mütləq görəcəksiz. Bu istiqamətdə “Bakı”nın fəaliyyətini yüksək qiymətləndirirəm. Rəhbərlik yeniyetmə futbolçuların inkişafı üçün hər cür şərait yaradıb, onların inkişafıyla yaxından məşğul olur. Hansısa legioneri gətirib uğur qazanmaq olar. Amma bu uğur müvəqqətidi. Əsas odu ki, klublar öz futbolçularını yetişdirib üzə çıxarsınlar. Belə olan halda inkişaf da olacaq.
- Amma etiraf etmək lazımdı ki, futbolun inkişafını şərtləndirən əsas amillərdən biri də infrastrukturun, yaxşı meydançaların olmasıdı.
- Sizinlə tam razıyam. Azərbaycanda bərbad stadionların sayı çoxdu. Bir-ikisini çıxmaq şərtiylə digərlərində futbol oynamaq çox çətindi. Hətta dünyanın ən güclü futbolçusunu gətir, yenə də bu meydançalarda öz oyunlarını oynaya bilməyəcəklər. Bərbad meydançada gözəl oyun oynamaq çox çətindi. Yeni stadionlar inşa olunsa, azarkeşlər də oyunları izləmək üçün stadionlara axın edəcəklər.
- Bakıda darıxmırsan?
- Sözün düzü, çox darıxmıram. Axı mən ikinci vətənimdəyəm. Burda yaşayanlar da azəri türkləridi. Onlarla münasibət saxlamaq çox xoşdu.
- İstanbulla Bakını müqayisə etmək olar?
- İstanbul dünyanın ən gözəl və ən böyük şəhərlərindən biridi. O həm də böyük meqapolisdi. Ancaq Bakı da çox gözəldi. Şəhərin hər yerində tikinti işləri gedir. Bu işlər yekunlaşdıqdan sonra paytaxtınız daha gözəl görünəcək.
- Deyəsən, hələ ki, tək yaşayırsan…
- Bakıda ev tutmuşam. Hələlik tək qalıram. Ancaq bu yaxınlarda həyat yoldaşım və övladım da yanıma köçəcək.
- Azərbaycan mətbəxinə alışa bilmisən?
- Moskvada olanda orda verilən yeməkləri yeyə bilmirdim. Rusların qəribə yeməkləri var. Ancaq Bakıya gəldikdən sonra Azərbaycan mətbəxinə həsəd apardım. Demək olar, yeməklərinizin hamısı xoşuma gəlir. Üstəlik, şirniyyatlarınız da çox dadlıdı. Mətbəxiniz sanki Türkiyə mətbəxinə oxşayır.
Mənbə: "KomandA" qəzeti

0
0