Ağasəlim Mircavadov: Bu oyunda nə bizə, nə də "Karvan"a xal lazım idi
22.02.2010 - 00:02
“Bu oyunda nə bizə, nə də "Karvan"a xal lazım idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Karvan” üzərində qazanılan qələbədən sonra “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Unibank Premyer Liqasının XXII turunda “Karvan”ı darmadağın (3:0) edən cənub təmsilçisinin çalışdırıcısı qeyd edib bu qarşılaşmada azarkeşləri üçün oynayıblar: “Qələbə qazanıb onları sevindirdiyimiz üçün şadam. Bu, fevralda keçirdiyimiz son oyun oldu. Qarşıda bizi ilk “altılıq"da gərgin oyunlar gözləyir. Bu görüşləri də uğurla başa vurub, azarkeşlərimizə yenə qələbə sevinci yaşatmaq istəyirik".
"Karvan" klubunun baş məşqçisi Yunis Hüseynov isə öncə "Xəzər Lənkəran" klubunu qələbə münasibəti ilə təbrik edib: “Heyətimizdə bir sıra itkilər var idi, buna görə də, komanda istədiyim oyunu göstərə bilmədi. "Altılıq" oyunlarında daha yaxşı mübarizə aparıb, son sıradan qurtulmağa çalışacağıq".

0
0