Ponomaryov yenə iş başında
22.02.2010 - 09:49
Ponomaryov yenə iş başında
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, birinci dəstə təmsilçisi “Orduspor”un şərəfini qoruyan 28 yaşlı hücumçu “Konyaspor”la görüşün iştirakçısı olub. Ponomaryovun komandası səfər matçından 1 xalla qayıdıb.

Meydan sahiblərinin ilk yarıda hesabı açsa da, ikinci hissənin 9-cu dəqiqəsində “Orduspor” bərabərlik qolunu vurub. Əvvəlki oyunlarda olduğu kimi, yenə start heyətində yer alan Anatoli matçın 60-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 23 oyundan sonra hesabında 25 xal olan “Orduspor” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.