Karlsondan Sadıqova “hədiyyə”: Onuncu = Sonuncu
22.02.2010 - 10:46
Karlsondan Sadıqova “hədiyyə”: Onuncu = Sonuncu
Vaqif Sadıqovun “Neftçi” klubunun baş məşqçisi postunda fəaliyyəti cəmi 174 gün sürdü. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis ötən il sentyabrın 1-də təyin olunduğu vəzifədə heç yarım il duruş gətirə bilmədi və fevralın 21-də istefa verməyə məcbur oldu.

Sadıqov bu müddətdə paytaxt komandasını 19 qarşılaşmaya çıxarıb. 20-ci oyuna kimi postunda qalmayan çalışdırıcı bu müddətdə 8 qələbəyə sevinməklə yanaşı, 8 heç-heçə ilə təsəlli tapıb. Bakının “İnter” klubundan məğlubiyyət isə sayca üçüncü və sonuncu olub. Girts Karlsonun vurduğu qələbə qolu Sadıqovlu “Neftçi”nin qapısında gördüyü onuncu və sonuncu top oldu.

2009-cu il sentyabrın 1-dən 2010-cu il fevralın 21-dək

Çempionat

17

6

8

3

15-10

26

Kubok

2

2

0

0

7-0

6

Cəmi

19

8

8

3

22-10

32



Xatırladaq ki, bu, Sadıqovun “Neftçi”də ikinci fəaliyyət dövrü olub. İlk dəfə 17 il əvvəl paytaxt klubunun “sükanı arxasına” keçən çalışdırıcının o vaxtkı işi indiki ilə müqayisədə daha uğurlu alınmışdı. Qələbə və heç-heçələrin oyunların ümumi sayına nisbətən faizi də, orta məhsuldarlıq da daha yaxşı idi. Üstəlik, 174 gün deyil, 2 il yarımdan çox çəkmişdi. Həmin vaxt bakılılar Sadıqovla birlikdə ölkə kuboku və Superkubokunu əldə edib.

1993-cü il mayın 18-dən 1995-ci il dekabrın 5-dək

Çempionat

64

40

15

9

147-40

135

Kubok

13

11

1

1

36-8

34

Superkubok

1

0

1

0

1-1

1

Birlik kuboku

3

1

0

2

1-6

3

Kuboklar Kuboku

2

0

1

1

0-3

1

Cəmi

83

52

18

13

185-58

174



“Karvan”la iki tur əvvəlki qarşılaşmada 100-cü – yubiley maçını keçirən Sadıqovun paytaxt təmsilçisindəki fəaliyyəti 102-ci qarşılaşmada dayandı.

Vaqif Sadıqov “Neftçi” karyerası

Çempionat

81

46

23

12

162-50

161

Kubok

13

13

1

1

43-8

34

Superkubok

1

0

1

0

1-1

1

Birlik kuboku

3

1

0

2

1-6

3

Kuboklar Kuboku

2

0

1

1

0-3

1

Cəmi

102

60

26

16

207-68

206