“Neftçi”nin yarımmüdafiəçisi hara göndərildi?
22.02.2010 - 10:54
“Neftçi”nin yarımmüdafiəçisi hara göndərildi?
Asiya Futbol Konfederasiyasının təşkil etdiyi “Challenge Cup” turnirində final mərhələsinin qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun futbolçusu Nazar Bayramovun şərəfini qoruduğu Türkmənistan yığması qrupdakı son matçında Qırğızıstanı 1:0 hesabı ilə məğlub edib.

KXDR ilə oyunda (1:1) 90, Hindistanla matçda (1:0) ikinci hissənin 37 dəqiqəsini meydanda olan 28 yaşlı yarımmüdafiəçi bu dəfə oynamayıb. Nazarın adı, ümumiyyətlə protokola daxil edilmədiyindən, qarşılaşmanı kənardan izləməli olub. “Karvan”ın sabiq futbolçularından Berdı Şamuratov start heyətdə yer alıb əvəzlənmədən meydanda olubsa, Ömər Berdıyevlə Məmmədəli Karadanov oyuna sonradan çıxıb. Bu qələbədən sonra qrupda ikinci yeri tutan Türkmənistan yığması yarımfinala yüksəlib. Fevralın 24-də baş tutacaq qarşılaşmada Nazarın komandası Tacikistanla görüşəcək. Digər yarımfinalda KXDR və Myanma üz-üzə gələcək.