“Simurq”da kütləvi təmizləmə: 7 legioner komandadan qovuldu!
22.02.2010 - 11:26
“Simurq”da kütləvi təmizləmə: 7 legioner komandadan qovuldu!
Unibank Premyer Liqasında “altılıq”dan kənarda qalan “Simurq” rəhbərliyi heyətdə köklü islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi cari mövsümdə uğursuz çıxışın müqabilində legionerlərinin çoxunu qovub.

Rəhbərlik heyətdə olan əcnəbilərdən altısını – gürcülər Roman Axalkatsi, David Bolkvadze, Kaxaber Çxetiani, ukraynalılar Ruslan Qunçakla Yuri Bulıçev və moldovalı Aleksandr Qolbanı saxlayıb. Yeddi futbolçu - ukraynalılar Aleksey Malıgin (kapitan), Sergey Artyux və Andrey Raspopov, serblər Zdraqan Perişiçlə Nenan Beqoviç, latviyalı Gennadi Solonitsın və bolqar Nikolay Petrov-Valev komandadan çıxarılıb.

Yerli futbolçuların hamısı isə komandada qalıb. Qovulan legionerlərdən “Simurq”da ən uzun müddətli oynayanlar Malıginlə Artyuxdur. Valevlə Solonitsın ötən yay, Paspopov, Perişiç və Beqoviç qış fasiləsində transfer olunub.

Qeyd edək ki, rəhbərlik uğursuz çıxışda günahkar bildiyi ukraynalı baş məşqçi Roman Pokora ilə də yollarını ayıracaq və “Simurq” gələn mövsümə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Çox güman ki, yeni baş məşqçi milli komandamızın sabiq çalışdırıcısı İqor Ponomaryov olacaq.