Futbol yığmamız Antalyaya gedir
22.02.2010 - 11:30
Futbol yığmamız Antalyaya gedir
Qadın futbolçulardan ibarət Azərbaycanın milli komandası Türkiyəyə yollanacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamil Heydərovun çalışdırdığı yığmamız fevralın 24-dən martın 6-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Toplanışa 20 futbolçu dəvət olunub. Bunlar Aynur Alməmmədova, Yuliya Larionova, Tamilla Bayramova, Mətanət Cəfərova, Könül Əsədova, Alfiya Bikbulatova, Pərvanə Mirzəquliyeva, Tünzalə Süleymanova, Gülnarə Süleymanova, Gülyana Güvəndiyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Əfsanə Mirzəquliyeva, Nigar Məlikova, Aybəniz Əsgərzadə, Günel Mütəllimova, Sədaqət Vəliyeva, Təhminə Süleymanzadə və Xəyalə Əzizzadədir.