Viktor Yanukoviç and içib, futbola gedəcək - FOTO
22.02.2010 - 11:36
Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviçin fevralın 25-nə nəzərdə tutulan inauqurasiya mərasimindən sonra vaxtını harada keçirəcəyi məlum olub. Apasport.az saytının məlumatına görə, Kiyevdə Ali Radada təşkil olunacaq andiçmə mərasiminin ardından o, Donetsk şəhərinə yollanacaq. Yanukoviç burada Avroliqanın 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində “Şaxtyor” və İngiltərənin “Fulhem” klubları arasında matçı izləyəcək. Bununla da, yeni prezident seçkilərdə ona böyük dəstək göstərmiş donetsklilərə minnətdarlığını bildirmək üçün fürsət yaxalayacaq.
Qeyd edək ki, ötən həftə İngiltərədə keçirilmiş ilk oyunda “Şaxtyor” 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, ötən həftə İngiltərədə keçirilmiş ilk oyunda “Şaxtyor” 1:2 hesabı ilə uduzub.
0
0