Avro-2012: Milli komandamızın təqvimində yenilik – TAM SİYAHI
22.02.2010 - 16:40
 Avro-2012: Milli komandamızın təqvimində yenilik – TAM SİYAHI
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsində yer aldığı A qrupunun təqvimi tam müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qrupda mübarizə sentyabrın 3-də başlasa da, milli komandamız həmin gün Avstriya yığması kimi istirahət edəcək.

Seçmə mərhələyə vətənində, həmyerliləri ilə görüşlə başlayacaq milli komandamızın alman baş məşqçisi Berti Foqts növbəti dəfə gələn ilin martında qoşa oyunlardan birini buraxacaq. Ancaq 4 gün ərzində keçiriləcək qalan cüt görüşlərdə bizim də iştirakımız olacaq.

Qeyd edək ki, indiyə kimi seçmə mərhələlər adətən şənbə və çərşənbə günləri olsa da, bu dəfə görüşlər bir gün əvvəl keçiriləcək. Yəni qrupumuzda bütün oyunların cümə və çərşənbə axşamı olması yenilikdir.

2010-cu il
3 sentyabr (cümə)

Belçika – Almaniya
Qazaxıstan – Türkiyə

7 sentyabr (çərşənbə axşamı)
Almaniya – AZƏRBAYCAN
Türkiyə – Belçika
Avstriya – Qazaxıstan

8 oktyabr (cümə)
Almaniya – Türkiyə
Avstriya – AZƏRBAYCAN
Qazaxıstan – Belçika

12 oktyabr (çərşənbə axşamı)
Belçika – Avstriya
AZƏRBAYCAN – Türkiyə
Qazaxıstan – Almaniya

2011-ci il
25 mart (cümə)

Avstriya – Belçika
Almaniya – Qazaxıstan

29 mart (çərşənbə axşamı)
Türkiyə – Avstriya
Belçika – AZƏRBAYCAN

3 iyun (cümə)
Avstriya – Almaniya
Qazaxıstan – AZƏRBAYCAN
Belçika – Türkiyə

7 iyun (çərşənbə axşamı)
AZƏRBAYCAN – Almaniya

2 sentyabr (cümə)
AZƏRBAYCAN – Belçika
Almaniya – Avstriya
Türkiyə – Qazaxıstan

6 sentyabr (çərşənbə axşamı)
Avstriya – Türkiyə
AZƏRBAYCAN – Qazaxıstan

7 oktyabr (cümə)
Türkiyə – Almaniya
AZƏRBAYCAN – Avstriya
Belçika – Qazaxıstan

11 oktyabr (çərşənbə axşamı)
Almaniya – Belçika
Türkiyə – AZƏRBAYCAN
Qazaxıstan – Avstriya