Almaniya yığması kimə xal verə bilər?
22.02.2010 - 16:51
Almaniya yığması kimə xal verə bilər?
“Seçmə mərhələni Almaniya ilə başlamağımız bizim üçün maraqlıdır. Bu, dünya çempionatının final mərhələsindən sonra ilk qarşılaşma olduğundan, komandalar yenilənmiş vəziyyətdə olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının baş məşqçisi Dik Advokat deyib.

Hollandiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin A qrupunun təqviminin komandası üçün ideal olduğunu düşünür. Advokat almanların zəif vaxtlarını bildiyini düşünərək, onlardan mümkün qədər çox xal qoparmaq niyyətindədir: “Bizim üçün daha bir üstünlük seçmə mərhələni Almaniya ilə oyunla bitirməkdir. Bizimlə görüşədək, onlar birinci yeri təmin edə bilər. Bu isə bizim üçün xal qazanmağa şərait yarada bilər. Fikrimcə hər şey normal olsa ilk iki yer Almaniya və Türkiyənindir. Lakin biz də ikinci yer uğrunda mübarizə aparacağıq”.

Qeyd edək ki, Almaniya yığması Belçika ilə sentyabrın 3-də keçirəcəyi ilk oyundan 4 gün sonra millimizə üz-üzə gələcək.