“Bu seçmə mərhələdir, sifarişli musiqi yox” - FOTO
22.02.2010 - 17:13
“Bu seçmə mərhələdir, sifarişli musiqi yox” - FOTO
Avstriya milli komandası Avro-2012-nin seçmə mərhələsinin təqvimindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, mərkəzi avropalıların baş məşqçisi Ditmar Konstantini Azərbaycan yığmasının da yer aldığı A qrupunun oyunlarının qrafikindən narahatdır.

Təcrübəli mütəxəssis bu gün Almaniyanın Frankfurt şəhərində təqvimin müəyyənləşməsi üçün keçirilən görüşdən sonra istəyinə çatmamağına məyus olub: “Bu çox pis haldır ki, mərhələni iki səfər qarşılaşması ilə bitirəcəyik. Lakin bir məsələdə var ki, bu seçmə mərhələdir, sifarişli musiqi yox. Lakin biz Danimarka və Xorvatiya, həmçinin avqusta nəzərdə tutulan yoxlama oyunu ilə çətin qrup mübarizəsinə hazır olacağıq”.

Qeyd edək ki, rəqibləri öyrənmək üçün hər variantdan yararlanmağa hazır olan Konstantini iyun-iyul aylarında CAR-a yollanıb Almaniya millisinin qarşılaşmalarını izləməyə qərar verib.