Azərbaycan futbolçuları Kiprdə oynayacaq
22.02.2010 - 17:38
Azərbaycan futbolçuları Kiprdə oynayacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri fevralın 28-dən martın 10-dək hazırlıq keçəcək. Yığmamızın bu dəfəki toplanışı Kiprdə baş tutacaq. Hazırlıq prosesi çərçivəsində yığmamızın yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.