Şensoyun “Lokomotiv”ə aparmaq istədiyi futbolçumuz kimdir?
23.02.2010 - 00:01
İlk əcnəbi baş məşqçi kimi Azərbaycanda çalışan Naci Şensoy Bolqarıstana buraxılmır. Bu barədə apasport.az saytına açıqlamasında Şensoyun özü məlumat verib. Onun sözlərinə görə, viza problemi ucbatından rəhbərlik etdiyi Plovdivin “Lokomotiv” klubunun düşərgəsinə yollana bilmir.
“Viza problemi ucbatından 3 gündür İstanbuldayam. Komanda ilə Antalyada hazırlıq keçəndən sonra Bolqarıstana yollana bilməmişəm. Bolqarıstan Avropa Birliyinin üzvü olduğu üçün bu ölkədə viza məsələlərinə xüsusi diqqət yetirilir. Ölkə çempionatında ikinci dövrənin startına isə az qalıb. Növbəti həftənin şənbə günü Sofiya MOİK-i ilə səfərdə vacib oyunumuz var” – deyə türk çalışdırıcı bildirib.
Hazırda ağır günlərini yaşayan “Lokomotiv” 16 komanda arasında 15-ci yerdədir. Plovdiv təmsilçisini bu acınacaqlı vəziyyətdən çıxaracağına inanan Şensoy gələn mövsümdə azərbaycanlı futbolçulara bel bağlayır: “15 oyundan sonra hesabımızda cəmi 9 xal var. Halbuki “Lokomotiv” böyük tarixi, 2004-cü ildə ölkə çempionluğunu qazanan klubdur. Plovdiv paytaxt Sofiyadan sonra Bolqarıstanın ikinci ən böyük şəhəridir. Birinci diviziona son 3 pilləni tutan komandalar düşür. “Lokomotiv”i mütləq yüksək liqada saxlamalıyıq. Bildiyiniz ki, öz xarakterimə görə çətinliyi sevən bir insanam. Bolqarıstanda bunadək çalışdırdığım “Pirin” də mən gələndə uğursuzluq zolağına düşmüşdü, ardıcıl 4 oyundur uduzurdu. Ancaq güclülər dəstəsində saxlaya bildiyimiz Blaqoevqrad komandası ilə ölkə kubokunun finalına kimi irəlilədim. “Lokomotiv”in yeni mövsümdə iddiası əvvəlki kimi böyük olacaq. Yenə çempionluğa, ən azı avrokuboklara vəsiqə uğrunda mübarizə çıxacaq. Həmin vaxt bir-iki azərbaycanlı futbolçunu buraya gətirmək istərdim”.
Qeyd edək ki, ölkəmizdə iki müxtəlif vaxtda Tovuzun “Turan” klubunu çalışdıran Şensoy ilk dəfə 2002-ci ildə, “altılıq” oyunları zamanı gəlmişdi.

0
0