İki klub Superliqadan çıxarıldı
22.02.2010 - 18:02
İki klub Superliqadan çıxarıldı
Neçə vaxtdır danışılmış oyunlarla bağlı araşdırma aparan Çin Futbol Assosiasiyası iki klubla bağlı sərt qərar verib. Apasport.az saytının məlumatına görə, Superliqada çıxış edən “Quanmjou” və “Şenqdu Beydes” komandaları çempionatdan kənarlaşdırılıb. Bu iki klubun rəhbərliyinin totalizatorla məşğul olmasını sübut edən assosiasiya onları aşağı dəstəyə göndərib.

Qeyd edək ki, klubların totalizatorlarla işbirliyində şübhəli bilinməsi və danışılmış oyunların keçirilməsi dünya futbolunda adi hala çevrilib. Lakin belə faktların sübut olunub müvafiq qərarların verilməsi nadir hadisələrdən sayılır.