“Xəzər-Lənkəran” “Standard” və “Olimpik-Şüvəlan”a qarşı
22.02.2010 - 18:18
“Xəzər-Lənkəran” klubu fevralın 24-də bir araya gələcək. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Ağasəlim Mircavadov futbolçuları iki günlük istirahətə buraxdıqlarını bildirib.
“Paytaxtda qısa müddətli təlim-məşq toplanışı keçəcəyik. Məşqlərin ADBTİA stadionunda keçirilməsi nəzərdə tutulub. Futbolçulardan test normativləri götürdükdən sonra hazırlıq planını bu göstəricilərə uyğun tərtib edəcəyik. Bundan sonra hazırlıq keçmək üçün Lənkərana yollanacağıq” – deyə Mircavadov bildirib.
Mircavadov Unibank Premyer Liqasında yaranan fasilə müddətində iki yoxlama oyunu keçirməyi də planlaşdırıb: “Tarixlər fevralın 27-də və martın 2-nə nəzərdə tutulub. Həmin oyunlar üçün rəqiblərimiz “Standard”la “Olimpik-Şüvəlan”dır. Hər iki komanda bizimlə görüşməyə razılıq verib”.

0
0