Mahir Şükürov məğlubiyyət gördü
23.02.2010 - 09:44
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin komandası Samaranın “Krılya Sovetov” klubu ilə üz-üzə gəlib.
Rusiya Premyer Liqasının iki təmsilçisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan qarşılaşmasında samaralılar qalib gəliblər - 2:1. Start heyətində meydana çıxan Mahir 90 dəqiqə əvəzlənmədən meydanda olub.

0
0