“Bakı” və “Olimpik-Şüvəlan”ın futbolçuları yığmada
23.02.2010 - 09:57
Moldova milli komandasının yeni baş məşqçisi Qabi Balint martın 3-də Qazaxıstan yığması ilə keçiriləcək yoldaşlıq görüşü üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, rumın çalışdırıcı Azərbaycan milli komandasının Avro-2012-də rəqibi ilə Türkiyədə baş tutacaq matçın hazırlığına 25 futbolçu çağırıb. Bunlar arasında hazırda Unibank Premyer Liqasında oynayan 5 futbolçu var.
Söhbət “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Borets, “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Denis Kalinkov, “Olimpik-Şüvəlan” və “Simurq”un hücumçuları, müvafiq olaraq Anatoli Doroş və Aleksandr Qolbandan gedir. Sonuncu qış fasiləsində transfer edildiyindən, ilk dəfə ölkəmizdən milli komandasına çağırılır. Savinovla Kalinkov isə mütəmadi dəvət alanlar sırasındadır.
Sözsüz ki, siyahıda Boretslə Doroşun adı daha çox diqqət cəlb edir. Hər halda, bu futbolçular uzun fasilədən sonra milli komandalarına çağırılır. Moldova yığmasının sabiq baş məşqçisi İqor Dobrovolskinin heç vaxt güvənmədiyi 34 yaşlı Borets 4 illik fasilədən sonra şans yaxalayıb. 26 yaşlı Doroş isə Dobrovolskinin vaxtında ara-sıra oynasa da, artıq 3 ildir yığmadan kənarda qalıb.
Qeyd edək ki, Bakının “İnter” klubunun heyətində Premyer Liqanın gümüş medalını qazanan, hazırda isə yığmasında köməkçi məşqçi olan İon Testimitsianu yeni çalışdırıcısına Azərbaycandan yaxşı tanıdığı həmyerlilərini də tövsiyə edir. Nəticədə geniş siyahı tərtib edən Balint “Olimpik-Şüvəlan”ın müdafiəçisi, milli komandanın kapitanı Sergey Laşenkova dəvət göndərməyib. Görünür, Laşenkovun Ukraynanın “Karpatı” klubunda çıxış edən zamanı oyun satması ilə bağlı faktların sübut olunması onun yığma karyerasına da mənfi təsir göstərib.

0
0