Mübariz Mənsimov almaniyalı məşqçi istəyir
23.02.2010 - 10:15
“Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “Beşiktaş”a almaniyalı məşqçi gətirmək istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Mənsimovun nümayəndəsi Ələddin Aykaçın “Beşiktaş”ın futbol şöbəsinə təyinatından sonra İstanbul təmsilçisi ciddi islahatlara başlamaq niyyətindədir.
Azərbaycanlı iş adamının vasitəçiliyi ilə bir sıra ulduzları almaq istəyən türkiyəlilər yeni baş məşqçi axtarışlarına başlayıb. Klub rəhbərliyi cari mövsüm zəif təsir bağışlayan komandanın hazırkı çalışdırıcı Mustafa Dənizlini əcnəbi mütəxəssislə əvəzləmək istəyir. Əsas namizədlər sırasında isə Herd Müller, Klaus Topmöller və Tomas Dollun adı çəkilir.

0
0