“Fənərbaxça” şok yaşatdı - FOTO
23.02.2010 - 10:30
Türkiyə Superliqasının XXII turu sensasion nəticə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” komandası öz meydanında “Bursaspor”la görüşdə azarkeşlərinə şok yaşadıb. Hərçənd oyun Kristof Daumun yetirmələri üçün əla başlayıb.
“Fənərbaxça” 5-ci dəqiqədə Aleks, 21-ci dəqiqədə isə Santosun qolları sayəsində 2:0 hesabı ilə önə keçib. Fasiləyədək rəqib fərqi minimuma endirib. Matçın son dəqiqələri isə “Bursaspor”un tam üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsidir ki, qonaqların oyunçusu Ozan İpek 85-ci və 90+2-ci dəqiqədə “Fənərbaxça”nın qapısına yol tapıb. Beləliklə, 2:3 hesablı məğlubiyyətə düçar olan “sarı-lacivərdlilər” ciddi zərbə alıblar.
Hazırda turnir cədvəlinə 47 xalla “Qalatasaray” başçılıq edir. Bundan 2 xal geri qalan “Fənərbaxça” ikinci pillədə qərarlaşıb. “Bursaspor” isə qələbə sayəsində 3-cü yerə (43 xal) yüksəlib və ehtiyatda bir oyunu da var.

- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0