“Olimpik-Şüvəlan” klubunun müdafiəçisi kimə satılıb?
23.02.2010 - 11:06
“Olimpik-Şüvəlan” klubunun müdafiəçisi kimə satılıb?
Bakının “Olimpik-Şüvəlan” klubunun futbolçusu Sergey Laşenkovun kimə oyun satdığı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2007/08 mövsümündə Ukraynanın “Karpatı” komandasının şərəfini qoruduğu vaxt “Metallist”lə görüşü satmaqda günahlandırılan müdafiəçi ilə əlbir olanların da adları açıqlanıb. Ukrayna Futbol Federasiyasının Ədalətli Oyun Komitəsinin sədri Yevgeni Koçetov aparılan araşdırmaların nəticələri haqda məlumat verib.

Onun sözlərinə görə, Laşenkovun oyunun satılması haqda “Karpatı”nın prezidenti Pyotr Dıminski ilə söhbəti olan videolenti onlara Premyer Liqanın baş direktoru, həmin vaxt “Karpatı”da eyni vəzifəni tutan Aleksandr Yefremov təqdim edib. Həmin kadrlarda Laşenkov onları alan “Metallist” funksionerinin də adını çəkib. Həmin adam artıq izahat da verib. Onun adını açıqlamayan Koçetov Laşenkovun oyunu tək satmadığını bildirib. Federasiya rəsmisinin fikrincə, bu, Lvov təmsilçisinin digər müdafiəçisi Vladimir Fedorivdir: “Məhz o, Sergeylə əlbir olub oyunu satıblar. Çünki xarkovluların onların ikisi ilə əlaqələri olub”.

Qeyd edək ki, Laşenkov hələ də oyun satdığını təkzib edir.