Norveç klubundan yığmamızın futbolçusuna təklif
23.02.2010 - 11:25
“Bakı” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu Norveçdən təklif alıb. Apasport.az saytının məlumatına görə, menecerlik fəaliyyəti ilə məşğul olan futbolçunun atası Yunis Məmmədov “Hauqesund” komandasının oğlunun xidmətində maraqlı olduğunu bildirib.
O bildirib ki, bu il Norveçin yüksək liqasında oynamaq hüququ qazanan komanda Saşaya 3 illik müqavilə təklif edib. “Hauqesund”dan göndərilən rəsmi məktubu göstərən Məmmədov 25 yaşlı futbolçunun birbaşa müqavilə imzalamaq üçün çağırıldığını vurğulayıb. Həmin məktubun bir nüsxəsi Norveçə viza almaqdan ötrü Xarici İşlər Nazirliyinə göndərilib və bu məsələ tezliklə həll olunmalıdır.
Qeyd edək ki, yalnız bir dəfə - Polşanın “Qrotslin” klubunda legioner həyatı yaşayan Saşa Yunisoğlu bürünc medal əldə etdikdən sonra 2008-ci ilin yayında vətənə dönüb. O, yeganə ölkə çempionluğunu ötən mövsüm “Bakı”nın heyətində qazanıb.
Mənbə: “Futbol+” qəzeti

0
0