Ronaldo karyerasını bitirir
23.02.2010 - 12:27
Dünya çempionatları tarixində ən yaxşı bombardir sayılan Ronaldo peşəkar futbolçu karyerasını 2011-ci ilin sonunda başa vuracağını açıqlayıb. Lent.az-ın məlumatına görə, hazırda Braziliyada “Korintians” klubunda çıxış edən 34 yaşlı hücumçu 2010 və 2011-ci illərin karyerasında sonuncu olacağını bildirib.
O, son zaman kəsiyində bütün gücünü sərf edəcəyini söyləyib: “Yenə idmandan zövq almaq və bir neçə böyük qələbə əldə etmək istəyirəm”.
Məşhur forvard builki dünya çempionatında oynamaq istədiyini də vurğulayıb. Lakin o, 2014-cü ildə öz vətənində keçiriləcək mundialda yalnız azarkeş kimi iştirak edə biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ronaldo Karlos Dunqanın baş məşqçi olduğu müddətdə heç vaxt Braziliya milli komandasına dəvət almayıb.

- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0