Vaqif Sadıqovun istefasının əsl səbəbləri
23.02.2010 - 12:30
"Neftçi" "İnter"ə uduzmaqla "borcunu qaytardı"
Tahir Süleymanovun işindən ayrılma zamanına çox qalmayıb
Premyer Liqanın ilk mərhələsinin başa çatması həm də bir-sıra klublarda "təmizləmə əməliyyatı"nın başlaması üçün zəmin oldu. Məqsədinə çata bilməyənlər ciddi islahatlara start verdi. Təbii ki, əsas hadisə "Neftçi"nin baş məşqçi postunun boşaldılması oldu.
Flaqman haqda sözə başlamazdan öncə qeyd edək ki, "Simurq"da başverənlər daha çox diqqət çəkir. Belə ki, ötən həftə qapıçısını qovan, baş məşqçisini də yola salmağa hazırlaşan zaqatalalılar 7 əcnəbiyə qapını göstərib ki, bu da çox ciddi faktdı. Onların arasında komandanın simvoluna çevrilməkdə olan kapitan Aleksey Malıginin də olması pərdəarxası olaylardan xəbər verir. Ümumiyyətlə, heyətdən çıxarılanların əksəriyyəti ukraynalıdı ki, bu da Roman Pokoranın həmvətənlərindən ayrı düşməsinə səbəb olacaq.
Baş məşqçinin ötən həftə oyun satdığı üçün komandadan çıxarıldığını dediyi Sergey Sokolovdan sonra bu əcnəbilər haqda nə düşündüyü bəlli deyil. Amma o dəqiqdi ki, "Simurq"un bu oyunçularının zəif çıxış etməsində çox ciddi amillər rol oynayıb. Həmin Sokolovun məhz "altılığ"a düşmək uğrunda mübarizədə Zaqatala klubunun əsas rəqibi olan "Qəbələ"yə keçidi, komandadakı "təmizləmə"lərdən sonra "Simurq"un xal itirməməsi çox mətləbdən xəbər verir. Deməli, "Simurq"un əsas rəqibləri komandanın daxilinə "yol tapa bilib" ki, öz dəst-xətti ilə seçilən Zaqatala klubu belə acınacaqlı duruma düşüb.
Başqa bir amil hakimlikdi. Xatırlayırsızsa, "Qəbələ" az qala hər tur ədalət təmsilçilərindən şikayətlənirdi. Amma klubun yaydığı bəyanatdan, eyni zamanda rəhbərlik səviyyəsində AFFA-nın hədələnməsindən sonra əyalət klubu üçün problemlər aradan qalxdı. Hətta iş o yerə çatdı ki, artıq "Qəbələ"nin rəqibləri onlarla oyundan sonra hakimlikdən gileylənməyə başladı. Ümumiyyətlə, çempionat elə vəziyyətə düşüb ki, reqlamentdən, formal oyunlardan şikayətlənən klubların sayı xeyli artıb. Elə buna görədi ki, AFFA-nın martdakı konfransında premyer-liqanın keçirilmə formatının dəyişiləcəyi gözlənilir. Bizdə olan bilgiyə görə, uğursuz olan "altılıq" sistemi dəyişdiriləcək, elitanı heç kim tərk etməyəcək və komandaların sayı 14-ə qaldırılacaq.
Son günlərin ən diqqətçəkən hadisəsi olan Vaqif Sadıqovun istefasına gəlincə, bu, heç də təsadüfi deyil. Ciddi təzyiqlər altında çalışan millimizin sabiq çalışdırıcısını bu aqibət çoxdan gözləyirdi. Bəri başdan qeyd edim ki, çox gözəl münasibətlərimiz olmasına baxmayaraq, səbəbkar özü də bilir ki, Sadıqovun iş metodunu heç də xoşlamıram. Çünki komandasını daim uduzmamaq üçün meydana çıxaran Vaqif bəy öncə heç-heçə, sonra qələbə haqda düşünür. Onun başçılıq etdiyi yığma da, "ANS-Pivani" də, digər komandalar da bu ənənəyə sadiq qalıb. Sadıqovun "Neftçi"dəki fəaliyyəti də eyni məqsədə hesablanmışdı. Xüsusilə iddialılarla oyunlardakı bərabərliklər isə Vaqif bəyin 16 oyunu məğlubiyyətsiz keçirməsinə imkan verdi. Amma "İnter"lə görüşdə bu seriya qırıldı və mütəxəssis anladı ki, çempion olmaq çox çətin məsələdi. Və elə bunu nəzərə alaraq qovulmadan özü istefa verdi. Gəl ki, onun istefasının da konkret səbəbləri var:
1. Sadıqov köhnə rəhbərliyin kadrı idi və Sadıq Sadıqovun prezident təyin olunmasından sonra bu dəyişiklik reallaşmalıydı. İndi Vaqif bəy kimi onun köməkçiləri, eləcə də vitse-prezident Tahir Süleymanovun işindən ayrılma zamanına çox qalmayıb. Artıq Əsgər Abdullayev, İqor Ponomaryov, Naci Şensoy və başqalarının "Neftçi"də baş məşqçi postuna əsas namizəd olduğu deyilir. Təbii ki, əsas mərhələ başlayana kimi bu məsələ həllini tapacaq. Amma yeni çalışdırıcı komandaya tam fərqli futbol oynatmağa borcludu.
2. Vaqif bəy istefasına səbəb kimi, yeni transferlərin özünü doğrultmadığını və "Neftçi"ni çempion edə bilməyəcəyini göstərib. O haqlıdı. Həqiqətən flaqmanın qızıl medallara sahib çıxması mümkün deyil. Birincisi, ona görə ki, qızıl xal ehtiyatı baxımından "Neftçi" əsas rəqiblərinə uduzur. İkincisi, çempionluğun "Qarabağ"a vəd edildiyi haqda söz-söhbət dolaşır. Düzdü, bu şayiədi, amma nəzərə alın ki, ötən mövsüm də ağdamlıların kuboka sahib çıxacağı hələ 6 ay əvvəldən deyilirdi və belə də oldu.
3. Sadıqovun "İnter"lə matçdan sonra istefaya getməsinin simvolik səbəbi də var. Belə ki, pərdə arxasında bu komandaların rəhbərlərinin razılaşması olduğu deyilir. Belə ki, komandalar bir-birinə mane olmamaq üçün hərə öz meydanındakı görüşdə qələbə qazanmalıdı. İlk dövrədə "Neftçi" ofsayddan vurulan və rəqibin etiraz etmədiyi qolla şübhəli qələbə qazandığından bu dəfə "bankirlər"in növbəsi idi. Yəni Vaqif bəy məhz bu səbəbi açıqlaya bilmədiyindən "komandanı çempion edə bilməzdim" deyib getməyi üstün tutdu.
4. O ki qaldı yeni transferlərin ümidi doğrultmamasına, Sergey Alekseyevlə bağlı məsələ bir daha hadisələrə damğasını vurdu. "Neftçi"də bəzilərinin bu əcnəbinin transferinə görə "artıq" pulu bölə bilməməsi belə biabırçılığa səbəb oldu. Nəticədə digər yenilər zərbə altına qoyuldu və Sadıqov bəhanə kimi bu məqamdan yapışdı. Bu həm də bütün sınaq matçlarında qol vuran Alekseyevin deyil, başqalarının transfer edilməsinə etirazdı.
Kəsəsi, "Neftçi"də yenə vəziyyət qarışıb. Baş məşqçisi həmişə tapşırıqla seçilən (Sadıqov da tapşırılmışdı - V.) flaqman çempion ola bilməyəcəyinə səbəb axtarır. İndi 6 ay öncə komandaya gətirilən digər şəxslər də yavaş-yavaş təmizlənəcək və yeni mövsümdən "Neftçi" tam fərqli komanda olacaq. Amma eyni problemlərin təkrarlanmayacağına kimsə zəmanət verə bilməz.
Vüsal, “Ekspress-futbol” qəzeti

0
0