Futbolçu barda döyüldü
23.02.2010 - 12:43
Futbolçu barda döyüldü
Şotlandiyanın “Reyncers” klubunun qapıçısı Allan Makreqor barda döyülüb. Apasport.az saytının məlumatına görə, Allan Qlazqonun mərkəzində baş verən bu insident nəticəsində göz nahiyəsindən ciddi xəsarət alıb. Hücumlara məruz qalan qapıçı hospitala yerləşdirilib.

“Reyncers”in Şotlandiya Premyer Liqasında XXVI turunda “Sent-Conston”la görüşü təxirə düşdükdən sonra Makqreqor komanda yoldaşları ilə birgə iki günlük istirahət alıb. Bu zaman bir neçə dostu ilə birgə gecə klubuna yollanmağı qərara alan qapıçının orada bir neçə nəfərlə sözü çəp gəlib və bu, sonda böyük dava-dalaşa səbəb olub.

Müayinə Allanın göz bəbəyinə xətər yetirilmədiyini göstərsə, hər halda, onun sifətində böyük şiş yaranıb. Futbolçunun burnunun, yaxud almacıq sümüyünün sınması ilə bağlı təhlükə də ötüşüb. Amma onun çiynində dərin yaralar aşkarlanıb.