Öncə Silven Viltordun, sonra Berti Foqtsun komandası
23.02.2010 - 13:29
Martın 3-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq Lüksemburq yığması sabah daha bir görüş keçirəcək. Apasport.az saytının məlumatına görə, millimizlə oyuna ciddi önəm verən Quy Hellersin yetirmələri daha bir klubla qüvvəsini sınayacaq. Bir müddət əvvəl Almaniyanın aşağı dəstə təmsilçisi “Ayntraxt”a (Trir) uduzan lüksemburqlular bu dəfə məşhur “Mets” klubu ilə üz-üzə gəlməyə məcbur olub. Əvvəl “Allemaniya” ilə görüşmək haqda razılıq əldə edən rəqibimiz almaniyalıların imtinası üzündən Fransa təmsilçisi ilə görüşəcək. Hazırda bu ölkənin aşağı dəstəsində çıxış edən “Mets”lə oyun “Dudelanj” klubuna məxsus “Yos-Nosbaum” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Fransa yığmasının heyətində Avropa çempionu olan Silven Viltord hazırda “Mets”in heyətində çıxış edir.
Qeyd edək ki, Fransa yığmasının heyətində Avropa çempionu olan Silven Viltord hazırda “Mets”in heyətində çıxış edir.
0
0