Bakıda dünya futbolunun görünməmiş hadisəsi
23.02.2010 - 13:46
Tezliklə Bakıda dünya futbolunda görünməmiş hadisə gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “İnter” klubları 25 gün ərzində rəsmi yarışlarda 4 dəfə ardıcıl üz-üzə gələcəklər. Bu iki komanda Premyer Liqa və ölkə kuboku uğrunda qüvvələrini sınayacaqlar.
Belə oyunlardan birincisi fevralın 21-də, Premyer Liqanın təsnifat mərhələsinin sonuncu, XXII turunda baş tutub. Həmin gün “İnter” öz meydanında 1:0 hesablı qələbə qazanmışdı. Final mərhələsinin martın 13-də keçiriləcək ilk turunda da bu komandalar mübarizə aparacaqlar. Özü də oyun yenə “Şəfa” stadionunda olacaq.
Yaxın günlərdə “Neftçi” və “İnter” arasında qarşılaşmaları Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsində də izləmək mümkün olacaq. İlk matç martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə martın 17-də “Şəfa”da keçiriləcək. Başqa sözlə, “Neftçi” və “İnter” fevralın 21-dən martın 17-dək 4 dəfə (bunlardan üçü “Şəfa” stadionunda) ardıcıl qarşılaşmalıdırlar.
Qeyd edək ki, Azərbaycan futbolunda iki komandanın ardıcıl 3 dəfə üz-üzə gəlməsinə bir neçə dəfə rast gəlinib. Ancaq eyni komandaların ardıcıl 4 dəfə qarşılaşması nəinki ölkəmizdə, ümumiyyətlə dünyada görünməmiş hadisələrdəndir.

0
0