Berti Foqts milli komandamıza görə minnətçi düşdü
23.02.2010 - 14:09
Berti Foqts milli komandamıza görə minnətçi düşdü
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərin nümayəndələrinə minnətdarlığını bildirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 64 yaşlı alman mütəxəssis Frankfurt şəhərində təqvimin müzakirəsi ilə bağlı tədbirdə Ramazan ayında yalnız bir oyun keçirmək istəklərini açıqlayıb.

Adətən belə müzakirələrdə favoritlərin sözü həlledici olur ki, bunu yaxşı başa düşən Foqts öz istəyinə nail olmağın çətinliyini etiraf etmişdi. Ancaq təcrübəli çalışdırıcı komandasını Ramazan ayında bir oyuna - sentyabrın 7-də həmyerliləri ilə səfər görüşünə çıxacaq. Foqts istədiyinə çatdığı üçün Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan nümayəndələrinə təşəkkür edib.

Xatırladaq ki, Foqts hələ təqvim müəyyənləşməmişdən öncə verdiyi müsahibədə ümumiyyətlə, Ramazan ayında oynamaq istəmədiyini bildirmişdi. “Onu nəzərə almalıyıq ki, avqustun 9-dan sentyabrın 10-dək Ramazan ayıdır. İstərdim ki, bu ərəfədə oynamayaq. Təqvimə əsasən, oyunun biri sentyabrın 3-nə, digəri sentyabrın 7-nə düşür. Almaniyadakı görüşdə bu iki ayda oynamaq istəmədiyimizi bildirəcəyəm” - deyə çalışdırıcı vurğulamışdı.