Anatoli Banişevskinin xatirəsi yad olundu
23.02.2010 - 14:34
Bu gün məşhur azərbaycanlı futbolçu Anatoli Banişevskinn ad günüdür. Apasport.az saytının məlumatına görə, uzun illər Bakının “Neftçi” klubunda və SSRİ milli komandasında çıxış etmiş hücumçunun 64 yaşı tamam olur.
13 il əvvəl dünyasını dəyişən Banişevskinin doğum günü onun yoxluğunda da qeyd edilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən verilən məlumata görə, qurum və AFFA-nın kollektivləri, "Neftçi" Veteran Futbol Klubunun üzvləri, həmçinin mərhumun ailə üzvləri bu gün II Fəxri Xiyabana Banişevskinin məzarını ziyarət ediblər, onun haqqında təəssüratlarını bölüşüblər. Banişevskinin Azərbaycan futbolu tarixində tutduğu mövqedən, SSRİ milli komandasında keçirdiyi oyunlardan, həmçinin "Neftçi"nin heyətində çıxış etdiyi dövr xatırlanıb.
Qeyd edək ki, əfsanəvi futbolçumuz SSRİ yığması ilə dünya çempionatında 4-cü, qitə birinciliyində isə 2-ci yeri tutub. “Neftçi”də isə o, ölkə çempionatının bürünc mükafatçısı olub.

- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0