Joze Maurinyo: Məni həbsxanaya salın! - FOTO
23.02.2010 - 15:25
Joze Maurinyo: Məni həbsxanaya salın! - FOTO
Tanınmış portuqaliyalı mütəxəssis Joze Maurinyo növbəti maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun 47 yaşlı baş məşqçisi həbsxanaya düşmək istədiyini bildirib. Maurinyo A seriyasının son turunda “Sampdoriya” klubu ilə ev oyununda hakimə göstərdiyi jest ucbatından diskvalifikasiya olunub.

Onun mətbuat katibi Eladio Parames baş məşqçinin jestini belə izah edib: “Maurinyo bu jesti ilə hakimin xətrinə dəymək istəmirdi. O, belə demişdi ki, məni həbsxanaya salın, ancaq komanda istənilən halda, İtaliyada ən güclüdür. Maurinyonun sözlərinə görə, “İnter” hətta iki futbolçusunun yoxluğunda bütün komandalara qalib gələcək”.

Qeyd edək ki, “İnter”in iki müdafiəçisi – Samuel və Kordoba “Sampdoriya” ilə görüşün hələ ilk hissəsində qırmızı vərəqə alaraq, meydandan qovulublar. Nəticədə 9 oyunçu ilə qalan Maurinyonun komandası qolsuz heç-heçəyə razılaşmışdı.
0