Arda Turan sevgilisinə görə Türkiyədən qaçır
23.02.2010 - 18:44
Arda Turan sevgilisinə görə Türkiyədən qaçır
Tanınmış türkiyəli futbolçu Arda Turan kapitanı olduğu “Qalatasaray” klubundan ayrılmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un Superliqanın son turunda “Beşiktaş”la derbi oyununda (1:1) baş verənlər 23 yaşlı yarımmüdafiəçini vətəni tərk etməyə məcbur edir.

Görüşün keçirildiyi “İsmət İnönü” stadionunda sevgilisi Sinem Koral haqqında kor-koranə təhqiramiz sözlər deyənlərə öncə anlamlı alqışla, sonra isə inanılmaz qolla cavab verən Arda mövsümün sonunda İngiltərənin “Mançester Siti” klubuna keçməkdə qərarlıdır. Turanın “Bizi burda rahat buraxmazlar” fikrini Sinem də dəstəkləyib.

Qeyd edək ki, Türkiyədə futbolçular tanınmış şəxslərlə evlənməklə rəqib tərəfdarlarının hədəfinə çevrilir. Bu dayanmaz işgəncənin son qurbanı olan Arda həmyerliləri Tuqay Kərimoğlu və Alpay Özalan kimi Türkiyədən qaçmağa qərar verib. Artıq futbolçu karyeralarını bitirən Tuqayla Alpayın ailə həyatı xanımları ilə birgə İngiltərəyə yollandıqdan sonra yaxşılığa doğru dəyişib.