Yığmamız Əmmanda ilk məşqinə çıxdı
23.02.2010 - 18:50
Yığmamız Əmmanda ilk məşqinə çıxdı
Fevralın 25-də İordaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandası Əmmanda hazırlığa başlayıb. Apasport.az saytının məlumatına görə, Berti Foqts rəhbərlik etdiyi yığmanı ilk olaraq “Kəramə” stadionunda məşqə çıxarıb. Dünən axşam saatlarında İordaniyaya çatan komandamız növbəti məşqini bu gün “Petra” stadionunun ikinci meydanında keçirəcək. Beş min azarkeş tutumu olan arena bu göstəriciyə görə İordaniya paytaxtının üçüncü stadionu sayılır. Yığmamız martın 1-dək Əmmanda təlim-məşq toplanışında olandan sonra növbəti yoxlama oyununda qüvvəsini sınamaq üçün Lüksemburqa yola düşəcək. Həmin səfər matçı martın 3-də baş tutacaq.

Qeyd edək ki, “Kinq Abdulla” stadionunda keçiriləcək İordaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.