Ronaldoya heykəl qoyuldu - FOTO
23.02.2010 - 19:02
Ronaldoya heykəl qoyuldu - FOTO
Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldoya heykəl qoyulub. Apasport.az saytının məlumatına görə, Portuqaliya milli komandasının və İspaniyanın “Real” klubunun 25 yaşlı yarımmüdafiəçinin nəhəng abidəsi Madridin “Plaza de Ramales” meydanını bəzəyir. “Kral klubu”nun azarkeşlərinin incəsənət əsərini necə qarşılayacaqları məlum deyil.

Qeyd edək ki, Ronaldo ötən yay “Mançester Yunayted”dən “Real”a 93,4 milyon avroya keçməklə dünyanın ən bahalı futbolçusu olub. Bununla da Kriştianu “Kral klubu”nun 2001-ci ildə “Yuventus”dan 76 milyon avroya aldığı fransalı futbolçu Zinəddin Zidanın rekordunu qırıb.
0